Ağdaşda "Mercedes" piyadanı vurub ÖLDÜRDÜ
5-02-2022, 10:09
1 574

Ağdaşda "Mercedes" piyadanı vurub ÖLDÜRDÜ

Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Rayonunun Güvəkənd kənd sakini İbrahimov Rəvan Xanlar oğlu idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən yola çıxan piyada, Binələr kənd sakini 1960-cı il təvəllüdlü Səfərov Əliyar Qurban oğlunu vurub.
Yaralı Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparılsa da orada dünyasını dəyişib.
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər