Bakıda DƏHŞƏT: 15 yaşlı qız uşaq dünyaya gətirdi, özü və körpəsi öldü
8-02-2022, 10:24
1 550

Bakıda DƏHŞƏT: 15 yaşlı qız uşaq dünyaya gətirdi, özü və körpəsi öldü

Bakıda yeniyetmə qız uşaq dünyaya gətirib, sonra özü və körpəsi ölüb.
Hadisə 3 saylı Şəhər Klinik Xəstəxanasında qeydə alınıb.
Belə ki, 15 yaşlı G.B. və dünyaya gətirdiyi uşaq ölüb.
Araşdırmalar nəticəsində G.B.-nin əvvəllər 28 yaşlı Mayıl Hadıyevlə qeyri-rəsmi nikah münasibətlərində olması müyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, M.Hadıyev saxlanılıb. (Report)

Oxşar xəbərlər