Hadisə
11-02-2022, 13:11
1 752
Məktəbdə qətl: 40 yaşlı qadın bıçaqlanaraq öldürüldü
İsmayıllı rayonunda qətl hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə bu gün Basqal kənd tam orta məktəbində qeydə alınıb. Məktəbin gözətçisi vəzifəsində çalışan kənd sakini, 1997-ci il təvəllüdlü Əhmədli Bəxtiyar Qurban oğlu aralarında baş verən dava zamanı məktəbin texniki işçisi, 1982-ci il təvəllüdlü Qəhrəmanova Gülarə Qara qızını bıçaqlayıb. Ağır bədən xəsarətləri alan Gülarə Qəhrəmanova çoxlu qan itirdiyi üçün hadisə yerində keçinib.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Məlumata görə, Gülarə Qəhrəmanova ailəlidir, 4 uşağı var. Qətli törədən Bəxtiyar Əhmədli subaydır. O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.