DƏHŞƏTLİ QƏTL! Oğul atasını güllələdi (YENİLƏNİB)
15-02-2022, 10:34
1 714

DƏHŞƏTLİ QƏTL! Oğul atasını güllələdi (YENİLƏNİB)

Daxili İşlər Nazirliyi (DİN) Tovuzda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.
Məlumatda deyilir:
"Tovuz Rayon Polis Şöbəsinə fevralın 14-də Hunanlar kəndində yaşayan ruhi xəstə C.Əliyevin evində münaqişə zəminində odlu silahdan açdığı atəşlə atası 75 yaşlı Qaməti öldürməsi barədə daxil olmuş məlumatla əlaqədar rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. 
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində C.Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Ondan cinayətin aləti olan qanunsuz saxladığı “Vinçester” markalı silah götürülüb. 
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanılıb".
*** 09:46
Tovuzda kişi odlu silahla qətlə yetirilib.
1980-ci il təvəllüdlü Ceyhun Əliyev atası, 1947-ci il təvəllüdlü Qamət Əliyev qətlə yetirib. C.Əliyevin psixoloji problemlərinin olduğu bildirilir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər