Hadisə
16-02-2022, 19:12
7 942
Şəmkirdə mağazalardan oğurluq edən şəxs TUTULDU - ANBAAN VİDEO
Şəmkirdə silsilə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Xəyal Aslanov saxlanılıb.
Üzərindən narkotik vasitə olan heroin aşkar edilən X.Aslanovun ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun 2021-ci və 2022-ci illərin müxtəlif vaxtlarında rayon ərazisində ümumilikdə 4 mağazaya qeyri-qanuni yolla daxil olaraq oradan müxtəlif məbləğlərdə nağd pul, danışıq kartları və tütün məmulatları oğurlaması müəyyən edilib.
Saxlanılan şəxs istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.