Şəkidə tüfənglə ehtiyatsız davranan şəxs həmkəndlisini öldürdü
19-02-2022, 10:46
9 377

Şəkidə tüfənglə ehtiyatsız davranan şəxs həmkəndlisini öldürdü

Şəkidə 36 yaşlı kişi həmkəndlisini güllələyib.
APA xəbər verir ki, hadisə rayonun Baş Küngüt kəndində baş verib.
Kənd sakini 1986-cı il təvəllüdlü Pərvin İsmayılov əlində olan ov tüfəngi ilə ehtiyatsız davrandığından həmkəndlisi 1992-ci il təvəllüdlü Nurlan Rövşən oğlu Mustafayevi güllələyib.
Ağır güllə yarası alan N.Mustafayev elə hadisə yerində keçinib.
Hadisəni törətməkdə şübhəli sayılan P.İsmayılov saxlanılıb.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər