Azərbaycanda 65 yaşlı qadın faciəli şəkildə öldü
19-02-2022, 12:02
12 554

Azərbaycanda 65 yaşlı qadın faciəli şəkildə öldü

Xaçmazda bədbəxt hadisə baş verib. Yaşlı qadın su çəninə düşərək ölüb.
Hadisə rayonun Yeni Həyat qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1956-cı il təvəllüdlü Sevinc Nəriman qızı Orucova yaşadığı evin həyətində 5 tonluq su çənini doldurarkən çənin içərisinə düşüb və boğulub.
S.Orucovanın meyiti Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Hadisə ilə bağlı araşdırma aparılır.

Oxşar xəbərlər