Lənkəranda fəhlə binadan yıxılaraq ölüb
22-02-2022, 15:11
7 067

Lənkəranda fəhlə binadan yıxılaraq ölüb

Lənkəranda fəhlə yeni tikilən binadan yıxılaraq ölüb.
APA xəbər verir ki, bədbəxt hadisə şəhərin Şirəli Axundov küçəsi 12 ünvanında yeni tikilən binada baş verib. Yeddimərtəbəli binada tikinti işləri apararkən fəhlə, Bürcəli kənd sakini, 1971-ci il təvəllüdlü Qafur Hadıyev hündürlükdən yıxılıb. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.
Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

Oxşar xəbərlər