FHN-nin əməkdaşı iş başında ÖLDÜ
22-02-2022, 18:33
7 080

FHN-nin əməkdaşı iş başında ÖLDÜ

Şəmkirdə 38 yaşlı kişi ürək tutmasından vəfat edib.
"Unikal"-ın məlumatına görə, hadisə Fövqəladə Hallar Nazirliyinin Şəmkir Rayon Yanğından Mühafizə Bölməsində qeydə alınıb. Belə ki, qurumun əməkdaşı, 1984-cü il təvəllüdlü Coşqun Ələkbərovun səhhəti qəfildən pisləşib. Dərhal təcili yardım çağırılıb, müayinə zamanı onun öldüyü məlum olub.
İlkin məlumata görə,  38 yaşlı C.Ələkbərov ürək xəstəliyindən əziyyət çəkirmiş.

Oxşar xəbərlər