Sumqayıtda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
22-02-2022, 18:36
7 093

Sumqayıtda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytı verdiyi xəbərə görə, yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 65 m² olan mənzildə 1 ədəd çarpayı və yataq dəsti yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 20 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər