Sumqayıtda binanın damında meyit tapıldı
16-03-2022, 12:58
1 996

Sumqayıtda binanın damında meyit tapıldı

Sumqayıtda binanın damında meyit tapılıb.
FHN-nin saytı xəbər verir ki, Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının damından 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.
Müraciətlə əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Görülən tədbirlər nəticəsində 1963-cü il təvəllüdlü Mərdəliyev Altay Teymur oğlunun meyiti aşağı düşürülərək aidiyyəti üzrə təhvil verilib.

Oxşar xəbərlər