Qəfil ölən idmançı bu aktrisanın xalası oğlu imiş - FOTO
30-03-2022, 13:07
1 566

Qəfil ölən idmançı bu aktrisanın xalası oğlu imiş - FOTO

Bir neçə gün öncə Qazaxıstanda qəfil ürək tutmasından dünyasını dəyişən çempion idmançı Nurlan Dəmirçi aktrisa Arzum Kərimovanın xalası oğlu imiş.
"Unikal"ın əldə etdiyi məlumata görə, ailənin sonbeşiyi olan idmançı hələ uşaq ikən böyük qardaşının iş təyinatına görə anası və qardaşları ilə Qazaxıstana köçməli olub.
1997-ci ildən Qazaxıstanda yaşayan N.Dəmirçi idmanın boks, kiqboks, qaydasız döyüş və K-1 idman növləri ilə məşğul olub. O, boks və kiqboks üzrə dəfələrlə Qazaxıstan çempionu olub. N.Dəmirçi idman ustalığına namizəd idi.
Nurlanın vəziyyəti COVID-19 vaksininin vurulmasından sonra dəyişib. Bundan öncəki dozanı vurdurarkən də çempion ürəyindən şikayət edirmiş. 
Qeyd edək ki, idmançının nəşi Qax rayonunda torpağa tapşırılıb.

 
  • Qəfil ölən idmançı bu aktrisanın xalası oğlu imiş - FOTO

Oxşar xəbərlər