Evdən 8600 dollar oğurlayan qadın saxlanıldı
2-04-2022, 21:19
17 489

Evdən 8600 dollar oğurlayan qadın saxlanıldı

Bakıda mənzildən oğurluq edən qadın tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mənzillərin birindən 8600 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini S. Qurbanova müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər