Bakının mərkəzində güclü partlayış - 31 yaralı, ölən var - YENİLƏNİB (CANLI/FOTO)
3-04-2022, 10:32
9 504

Bakının mərkəzində güclü partlayış - 31 yaralı, ölən var - YENİLƏNİB (CANLI/FOTO)

Təxirəsalınmaz və təcili tibbi yardım xidməti (TTTYX) partlayışla bağlı açıqlama verib.
Verilən ilkin məlumata görə, indiyə qədər 31 yaralı xəstəxanalara yerləşdirilib.
Bildirilir ki, partlayış qaz sızmasından baş verib. 
xxx
03:42
Bakının mərkəzində güclü partlayış olub.
Partlayış Səbayıl rayonu, Tərlan Əliyarbəyov 13a ünvanında fəaliyyət göstərən gecə klubunda qeydə alınıb.
Partlayış zamanı bir nəfər ölüb, daha bir neçə nəfər xəsarət alıb. Hadisə dağıntılara səbəb olub, mülki obyektlərə və avtomobillərə ciddi ziyan dəyib. Partlayış yanğınla nəticələnib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili yardım cəlb edilib. / Report
xxx
03:30
Bakının mərkəzindəki "Tarqovu" adlanan ərazidə güclü partlayış olub.
Haqqın.az xəbər verir ki, hadisə Nizami küçəsindəki “Room” klubunun qarşısında baş verib.
Bildirilir ki, partlayış nəticəsində ölənlər və yaralananlar var.

  • Bakının mərkəzində güclü partlayış - 31 yaralı, ölən var - YENİLƏNİB (CANLI/FOTO)

Oxşar xəbərlər