Azərbaycanda QANLI OLAY: Qardaş bacısını güllələdi
8-04-2022, 11:23
1 747

Azərbaycanda QANLI OLAY: Qardaş bacısını güllələdi

Sumqayıtda qardaş odlu silahla bacısına xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə aprelin 7-də Köhnə Corat qəsəbəsində yaşayan M.Mirzəbabazadənin evinin həyətində münaqişə zəminində tüfəngdən açdığı atəşlə bacısı R.Məmmədovaya xəsarət yetirməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Mirzəbabazadə şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Ondan cinayəti törədərkən istifadə etdiyi qeydiyyatda olmayan, nömrəsi silinmiş “TOZ-34EP” markalı tüfəng götürülüb.

Oxşar xəbərlər