Gəncədə evə BASQIN: “İmamzadə”nin axundunun qardaşı yaralandı
9-04-2022, 14:31
16 197

Gəncədə evə BASQIN: “İmamzadə”nin axundunun qardaşı yaralandı

Gəncədə evə basqın olub.
Qafqazinfo xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində, Rəşid Abbasova məxsus mənzildə baş verib.
Basqın məqsədilə evə daxil olan şəxs və ya şəxslər ev sahibinin baş nahiyəsinə xəsarət yetiriblər. Səs-küy yarandığından naməlum şəxslər hadisə yerindən qaçıblar. Xəsarət alan R.Abbasov xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, evinə basqın olunan şəxs Gəncədə “İmamzadə” kompleksinin axundu Hacı Tahirin qardaşıdır.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər