Bakıda kütləvi dava - 3 nəfər bıçaqlandı
11-04-2022, 11:49
1 474

Bakıda kütləvi dava - 3 nəfər bıçaqlandı

Aprelin 10-u günorta saatlarında Binəqədi rayonunda kütləvi dava baş verib.

Hadisə rayonun R.Allahverdiyev küçəsində qeydə alınıb.

Belə ki, Adəm Haqverdiyev, onun qardaşı Zaqil Haqverdiyev və qonşuluqda yaşayan Emin Nəzərov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onların küçədəki kütləvi dava-dalaş zamanı bıçaqlandığı məlum olub.

Hadisəni törədən şəxs və ya şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.

Faktla bağlı cinayət işi başlanılıb./qafqazinfo

Oxşar xəbərlər