Azərbaycanda ana və iki övladı yoxa çıxdı
12-04-2022, 21:32
7 393

Azərbaycanda ana və iki övladı yoxa çıxdı

Azərbaycanda ana və iki övladı itkin düşüb.

Lent.az xəbər verir ki, hadisə Gəncə şəhərində qeydə alınıb. Şəhər sakini Jalə Qasımova, onun qızı 10 yaşlı Nigar və oğlu 6 yaşlı Eşqin aprelin 9-da naməlum şəraitdə yoxa çıxıblar.

Onların itkin düşməsi barədə polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər