Bakıda sərxoş sürücü qəza törətdi - FOTO/VİDEO
20-04-2022, 12:25
2 174

Bakıda sərxoş sürücü qəza törətdi - FOTO/VİDEO

Bakının Yasamal rayonunda sərxoş olduğu deyilən sürücü qəza törədib.
Hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.
 
Belə ki, Qələbə dairəsindən metronun "Koroğlu” stansiyası istiqamətində hərəkətdə olan "Ford” markalı avtomobil yüksək sürətlə eyni istiqamətdə hərəkətdə olan Mahmud Nuriyevə məxsus "Mercedes” markalı avtomobilə çırpılıb.
Zərbə o qədər güclü olub ki, "Mercedes” əks istiqamətdə yolayrıcı betonun üzərinə düşüb.
Qəza nəticəsində "Ford”un sürücüsü xəsarət alıb.
Mahmud Nuriyev APA-ya müsahibəsində bildirib ki, qəza törədən "Ford”un sürücüsü sərxoş vəziyyətdə olub.
Əraziyə Yol Patrul Xidmətinin və Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb ediliblər.
Fakt araşdırılır./APA

 
 

Bakıda iki avtomobil toqquşub xəsarət alan var - FOTO - VİDEO
Bakıda iki avtomobil toqquşub xəsarət alan var - FOTO - VİDEO
 

 

 

 


Oxşar xəbərlər