Kürdəmirdə dəhşətli qəza: Ölənlər var + Fotolar
23-04-2022, 14:25
16 936

Kürdəmirdə dəhşətli qəza: Ölənlər var + Fotolar

Kürdəmir rayonunda ağır yol qəzası baş verib.
Hadisə Bakı-Qazax avtomobil yolunun 204-cü kilometrində, Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Toyota” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı beton lövhəyə çırpılıb. Nəticədə sürücü və onun sərnişini hadisə yerində dünyasını dəyişib.
Meyitlər müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.








Oxşar xəbərlər