Füzulidə “Hyundai” yük maşınına çırpılıb, sürücü ölüb
25-04-2022, 14:02
7 928

Füzulidə “Hyundai” yük maşınına çırpılıb, sürücü ölüb

Füzulidə ölümlə nəticələnən yol qəzası baş verib.
DİN-in saytı xəbər verir ki, aprelin 24-də saat 22 radələrində Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində Elşad Kamilzadə idarə etdiyi “Hyundai” markalı avtomobili qarşıda gedən Q.Cəfərovun idarə etdiyi “MAZ” markalı avtomobilə vurub. Nəticədə E.Kamilzadə hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.
Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxşar xəbərlər