DSX əməliyyat keçirdi - Saxlanılan var (FOTOLAR)
3-05-2022, 12:58
2 254

DSX əməliyyat keçirdi - Saxlanılan var (FOTOLAR)

Dövlət Sərhəd Xidməti (DSX) əməliyyat keçirib, narkotik aşkarlanıb.
Bu barədə DSX-in Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, aprel ayının 30-da DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Deman kəndi yaxınlığında yerləşən sərhəd zastava­sının xidməti sahəsində dövlət sərhədinin pozul­ması əlamətləri aşkarlanmış, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmaqla aidiy­yəti orqanlar məlumatlandırılıb və sərhəd axtarışına başlanılıb.
Həyata keçirilən təxirəsalınmaz axtarış tədbirləri nəticəsində qaçaq­malın Deman kənd sakini, 1983-cü il təvəllüdlü Əliyev Rahəb İbrahim oğlunun evində gizlədilməsinə dair əsaslı şübhələr yaranıb.
Məhkəmənin qərarı əsasında Yardımlı rayon polis əməkdaşları ilə bir­gə həmin şəxsin evində keçirilən baxış zamanı zirzəmidə 8610 qutu (7910 “KENT” və 700 “Marlboro” markalı) siqaretlər, 1 ədəd gecə görmə cihazı və müxtəlif dərman preparatları aşkar olunaraq götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
  • DSX əməliyyat keçirdi - Saxlanılan var (FOTOLAR)
  • DSX əməliyyat keçirdi - Saxlanılan var (FOTOLAR)

Oxşar xəbərlər