Şəmkirdə avtomobil obyektə çırpıldı - ölən və yaralı var
3-05-2022, 18:50
6 836

Şəmkirdə avtomobil obyektə çırpıldı - ölən və yaralı var

Şəmkir rayonunda bir nəfərin ölümü, daha bir nəfərin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə Seyfəli kəndində qeydə alınıb.
"Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı obyektə çırpılması nəticəsində Seyfəli kənd sakini, 1986-cı il təvəllüdlü Nəzarət Əliyev və həmkəndlisi, 1997-ci il təvəllüdlü Elmar Mustafayev ağır xəsarət alıb.
Yaralıların hər ikisi xəstəxanaya çatdırılıb. Lakin N.Əliyevin dünyasını dəyişdiyi məlum olub. E.Mustafayevin vəziyyəti isə ağır olaraq qalır.
Faktla bağlı araşdırmalara başlanılıb.

Oxşar xəbərlər