Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkarlandı
4-05-2022, 15:55
7 058

Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkarlandı

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Masallı rayonunun ərazisində keçirilən nəzarət tədbirləri zamanı rayonun Köhnə Alvadı kəndində kənd sakini Rəqib Vəlizadəyə məxsus ağac emalı sexində qanunsuz yolla əldə edilmiş 11,2 m3 həcmində işlik meşə materialı müəyyən edilib.
Bunu Xidmət rəsmisi Bəhruz Məhəmmədov deyib. O bildirib ki, işlik materialın haradan əldə olunmasının müəyyən edilməsi məqsədilə toplanmış sənədlər Masallı Rayon Polis Şöbəsinə göndərilib.

Oxşar xəbərlər