Bakıda QƏZA: Piyada öldü
6-05-2022, 10:37
1 665

Bakıda QƏZA: Piyada öldü

Mayın 5-də saat 1 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsi ərazisində Bakı şəhər sakini Ə.Əlizadə idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Ucar rayon sakini Tahir Süleymanovu vurub.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. 
Sabunçu RPİ-də araşdırma aparılır.

Oxşar xəbərlər