Bakıda 2 polisi güllələyən şəxs həbsdə öldü
10-05-2022, 17:22
6 989

Bakıda 2 polisi güllələyən şəxs həbsdə öldü

2014-cü ildə Bakıda 4 nəfəri güllələyən və ikisinin ölümünə səbəb olan Gülağa Lətifov həbsdə vəfat edib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, G.Lətifov uzun sürən xəstəlikdən sonra bu gün Penitensiar Xidmətin Müalicə Müəssisəsində dünyasını dəyişib.
Qeyd edək ki, o, 2014-cü il fevralın 23-də Sabunçu qəsəbəsində Fərid Qədirov, Akif Nəzərov, Yusif Alpaşayev və Asif Nəzərov adlı şəxsləri güllələyərək qaçıb. Nəticədə Fərid Qədirov və Yusif Alpaşayev ölüb, Akif və Asif Nəzərovlar isə ağır yaralanıblar.
Hadisə zamanı güllə yarası alan Akif Nəzərov Suraxanı Rayon Polis İdarəsinin rəis müavini, Akif Nəzərovun oğlu Asif Nəzərov isə Sabunçu Rayon Polis İdarəsi 12-ci polis bölməsinin əməkdaşı olub.
G.Lətifov həmin cinayətə görə ömürlük azadlıqdan məhrum edilmişdi.

Oxşar xəbərlər