Bakıda sürücü avtobusdan 19 min dollar tapıb
11-05-2022, 20:58
8 490

Bakıda sürücü avtobusdan 19 min dollar tapıb

Bakıda avtobus sürücüsü idarə etdiyi nəqliyyat vasitəsindən 19 min 700 dollar tapıb.
Bu barədə “BakuBus” MMC məlumat yayıb.
Bildirilib ki, sərnişinlər Heydər Əliyev adına Beynəlxalq Hava Limanındakı dayanacaqda endikdən sonra sürücü Şamil Əylər oğlu Cəbrayılov Hava Limanı Ekspress marşrut xətti üzrə idarə etdiyi avtobusun salonuna baxış keçirib. Bu zaman o, oturacağın üstündən 1 ədəd gödəkçə və 19 min 700 Amerika Birləşmiş Ştatları dolları tapıb. Sürücü aidiyyəti üzrə təqdim etmək üçün gödəkçə və pulu oturacaqdan götürərək avtobusun saxlanc yerinə qoyub. Bu hadisədən az sonra bir nəfər sürücüyə yaxınlaşaraq avtobusda gödəkçə və pul unutduğunu bildirib. Müvafiq dəqiqləşdirmə işləri aparıldıqdan sonra gödəkçə və pul həmin şəxsə təqdim olunub.

Oxşar xəbərlər