36 il əvvəl törədilmiş cinayətin üstü açıldı -FOTO -YENİLƏNİB
13-05-2022, 11:38
1 325

36 il əvvəl törədilmiş cinayətin üstü açıldı -FOTO -YENİLƏNİB

İtkin düşən qadınla bağlı bəzi təfərrüatlar məlum olub. 
Lent.az-ın xəbərinə görə, prokurorluq 1986-cı ilə dair bəzi istintaq sənədlərini yayıb. Sənədlərdən məlum olur ki, o vaxt işlə bağlı 3 nəfər saxlansa da, dəlil yetərsizliyinə görə azad ediliblər. Şübhəli şəxslərdən biri qadının öz əri olub.
Hazırda qadının meyitinin qalıqlarının tapılması üzərində iş gedir. 
 
***
22.00
Fransa polisi 1986-cı ildə itkin düşmüş qadınla bağlı məlumat yayıb.
Lent.az-ın xəbərinə görə, Qrenobl şəhr polisinə 22 may 1986-cı ildə 25 yaşlı qadının itkin düşməsi ilə bağlı məlumat daxil olub. O zaman axtarışlar heç bir nəticə verməyib. 
Bu günlərdə isə cinayətin üstü açılıb. Faktla bağlı 56 yaşlı kişi saxlanılıb. Ona qarşı qəsdən adam öldürmə və adam oğurluğu ittihamı irəli sürülüb. 
36 il əvvəl törədilmiş cinayətin üstü açıldı  -FOTO  -YENİLƏNİB 

Oxşar xəbərlər