Bakıda oğul anasının qızıllarını oğurladı
13-05-2022, 16:52
7 391

Bakıda oğul anasının qızıllarını oğurladı

Bakıda evdən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aprelin 14-də paytaxtın Binəqədi rayonu ərazisindəki evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən ev sahibəsinin 16 yaşlı oğlu Telman saxlanılıb.

Oxşar xəbərlər