Bakıda evlərdən 11 min manatdan çox oğurluq edildi
19-05-2022, 19:15
8 883

Bakıda evlərdən 11 min manatdan çox oğurluq edildi

Bakıda evlərdən 11 000 manatdan çox oğurluq edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 16-dan 20-dək olan müddətdə rayon ərazisindəki 1 evdən 1 600 ABŞ dolları, 10 000 manat dəyərində qızıl-zinət əşyaları, digər evdən isə 800 manat pul və 233 manat dəyərində qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Şahverdizadə saxlanılıb.
Araşdırma aparılır.

Oxşar xəbərlər