Bakıda evin həyətindən meyit tapıldı
19-05-2022, 15:32
1 178

Bakıda evin həyətindən meyit tapıldı

Bakıda evin həyətindən meyit tapılıb.
Hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində qeydə alınıb. Burada evlərdən birinin həyətində naməlum kişi meyiti tapılıb.
 
Araşdırmalar zamanı meyitin burada yaşayan 39 yaşlı Əflan Aslan oğlu Aslanova məxsus olması müəyyənləşib.
Meyit aşkarlanarkən üzərində zorakılıq əlamətləri olmayıb.
Ölümün dəqiq səbəblərinin müəyyən edilməsi üçün meyit məhkəmə-tibbi ekspertiza şöbəsinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər