"Aztelekom"un əməkdaşı faciəli şəkildə ÖLDÜ
20-05-2022, 12:42
1 365

"Aztelekom"un əməkdaşı faciəli şəkildə ÖLDÜ

Prokurorluq Şamaxıda baş vermiş bədbəxt hadisə ilə bağlı məlumat yayıb.
Şamaxı Rayon Prokurorluğundan verilən məlumata görə, mayın 19-u saat 10 radələrində Çuxuryurd kəndində 1969-cu il təvəllüdlü Cahangir Tanrıverdiyevin ölməsi barədə məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, "Aztelekom" MMC-nin Dağlıq Şirvan Regional Telekommunikasiya Qovşağının Şamaxı şöbəsinin Çuxuryurd məntəqəsində elektrik təmirçisi vəzifəsində işləyən Cahangir Tanrıverdiyev qeyd edilən tarixdə telefon xəttinin çəkilişini həyata keçirən zaman telefon naqilinin yüksək gərginlikli elektrik naqilinə toxunaraq elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı Şamaxı rayon prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər