Metroda qadının çantasından telefon və pul oğurlandı
21-05-2022, 19:25
17 940

Metroda qadının çantasından telefon və pul oğurlandı

Metropolitendə Polis Şöbəsinə metronun “İnşaatçılar” stansiyasında Xırdalan şəhər sakini L.Hacıbabayevanın çantasından mobil telefonunun və içərisində pulu, şəxsiyyət vəsiqəsi, 2 bank kartı olan cüzdanının oğurlanması barədə müraciət daxil olub.
DİN-dən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş Məhəmməd Əliyev müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.

Oxşar xəbərlər