Hadisə
23-05-2022, 11:32
1 260
Xızıda "Shacman" AŞDI: Xəsarət alan var
Xızı rayonunda yük avtomobili aşıb, xəsarət alan var.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə rayonun Sitalçay kəndində “Shacman” markalı yük avtomobilinin yol kənarına aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.