Vətən müharibəsi qazisi intihar etdi
23-05-2022, 11:56
1 262

Vətən müharibəsi qazisi intihar etdi

Biləsuvar rayonunda intihar hadisəsi baş verib. 
“Kriminalqafqaz”ın məlumatına görə, hadisə məcburi köçkünlərin Biləsuvar rayonu ərazisində yerləşən 1 saylı Qəsəbəsində qeydə alınıb. Belə ki, Cəbrayıl rayonu Sarıcalar kənd sakini, 1995-ci il təvəllüdlü Əlisahib Məmmədov özünü yaşadığı evin həyətində asaraq intihar edib.
Qeyd edək ki, o, Vətən Müharibəsi qazisi və ailəli olub.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər