Beyləqanda minik avtomobili ilə traktor toqquşub, sürücülərdən biri ölüb Ətraflı
23-05-2022, 12:21
1 292

Beyləqanda minik avtomobili ilə traktor toqquşub, sürücülərdən biri ölüb Ətraflı

Beyləqan rayonunda minik avtomobili ilə traktor toqquşub, ölən var.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 22-də saat 20 radələrində rayonun 2-ci Aşıqlı kəndi ərazisində rayon sakinləri R.Allahverdiyevin idarə etdiyi "VAZ-21061” markalı avtomobillə İ.İmanovun idarə etdiyi "T-28” markalı traktor toqquşub.

Nəticədə R.Allahverdiyev və 2 sərnişini xəsarətlə xəstəxanaya yerləşdirilib, onlardan Rasim Fərzəliyev orada ölüb.

Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxşar xəbərlər