Avtobusda cibgirlik edən şəxs tutuldu
24-05-2022, 23:50
8 761

Avtobusda cibgirlik edən şəxs tutuldu

Bakıda sərnişin avtobuslarında cibgirlik edən şəxs saxlanılıb.
 DİN-in mətbuat xidməti xəbər verir ki, cibgirlik cinayətləri edən əvvəllər məhkum olunmuş Qurban Mehtiyev tutulub. Araşdırma zamanı onun müxtəlif avtobuslarda 4 nəfərin pul kisəsini, mobil telefonlarını və digər qiymətli əşyalarını oğurladığı məlum olub.
Qurban Mehtiyev ifadəsində etdiyi cinayətləri etiraf edib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir. 

Oxşar xəbərlər