Qazaxda hoteldə əcnəbi vətəndaşın meyiti tapıldı
24-05-2022, 18:00
6 763

Qazaxda hoteldə əcnəbi vətəndaşın meyiti tapıldı

Qazax rayonunda hotellərin birində əcnəbi vətəndaşın meyiti tapılıb.

Hadisə rayonun İkinci Şıxlı kəndi ərazisində yerləşən "Qala” hoteldə qeydə alınıb. Orada qalan Qazaxıstan vətəndaşı, 1978-ci il təvəllüdlü Vitali Sputnikovun meyiti gecə 23 radələrində aşkarlanıb. İlkin müayinə zamanı onun alın nahiyəsində çapılmış yara aşkar edilib.

Qazaxıstan vətəndaşının hansı şəraitdə və hansı səbəbdən ölməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırmalar aparılır./qafqazinfo

Oxşar xəbərlər