Biləsuvarda traktor aşması nəticəsində xəsarət alan şəxs ölüb
25-05-2022, 14:24
7 361

Biləsuvarda traktor aşması nəticəsində xəsarət alan şəxs ölüb

Biləsuvarda traktorun aşması nəticəsində xəsarət alan şəxs ölüb.

Mayın 23-də rayonun Nərimankənd ərazisində Niyaməddin Hümbətovun idarə etdiyi traktor əsas yoldan çıxaraq aşıb. Nəticədə sürücü və onunla birgə traktorda olan 1988-ci il təvəllüdlü Yaşar Yusif oğlu Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Y.Quliyev bu gün xəstəxanada keçinib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər