Azərbaycanlı müğənni avtomobil qəzası keçirdi
27-05-2022, 10:05
1 337

Azərbaycanlı müğənni avtomobil qəzası keçirdi

Müğənni Aytac Vidadiqızı ağır yol qəzası keçirib. 
BAKU.WS xəbər verir ki, sənətçinin "Gelandevagen" markalı avtomobili qarşıdan gələn digər nəqliyyat vasitəsi ilə toqquşub. Onun idarə etdiyi maşın yararsız hala düşüb. 
Hər iki avtomobilə ziyan dəysə də xoşbəxtlikdən xəsarət alan olmayıb. Hazırda sənətçinin vəziyyətinin yaxşı olduğu bildirilir.
Qeyd edək ki, ifaçı bir müddət əvvəl etdirdiyi bədənşəkilləndirmə əməliyyatı ilə gündəmə gəlmişdi. 

Oxşar xəbərlər