Polis ağır qəza törətdi - Ölən var
27-05-2022, 13:22
1 813

Polis ağır qəza törətdi - Ölən var

Xaçmazda polis əməkdaşı idarə etdiyi avtomobillə piyadanı vurub.
“Qafqazinfo” xəbər verir ki, hadisə bu gecə saat 01 radələrində Gəndob-Yalama yolunun Xaçmazın Ləcət kəndi hissəsində baş verib.
Xaçmaz Rayon Polis Şöbəsinin Yalama Polis Bölməsinin manqa komandiri, polis baş serjantı Azər Dadaşovun idarə etdiyi “VAZ 21074” markalı avtomobillə vurduğu 1969-cu il təvəllüdlü Elçin Qədiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, ekspertizalar təyin edilib.

Oxşar xəbərlər