Oğuzda 82 yaşlı qadın yanaraq öldü
28-05-2022, 18:13
18 594

Oğuzda 82 yaşlı qadın yanaraq öldü

Oğuzda fərdi yaşayış evində yanğın baş verib.
 Yanğın bu gün səhər saatlarında rayonun Şirvanlı kəndində qeydə alınıb.
Belə ki, hadisə zamanı 1940-cı il təvəllüdlü Həcər Yusif qızı Əhmədova yanaraq ölüb.
Yanğının söndürülməsi üçün əraziyə Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər