Abşeronda dəhşət: KİŞİ 34 YAŞLI QADINI AMANSIZCASINA QƏTLƏ YETİRDİ
29-05-2022, 13:59
9 972

Abşeronda dəhşət: KİŞİ 34 YAŞLI QADINI AMANSIZCASINA QƏTLƏ YETİRDİ

Abşeron rayon prokurorluğundan verilən məlumata görə mayın 29-u saat 05 radələrində Abşeron rayonu ərazisində 1988-ci il təvəllüdlü Rimma Tarıverdiyevanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1984-cü il təvəllüdlü Qaçay Şahməmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Rimma Tarıverdiyevaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Qaçay Şahməmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər