14 yaşlı qıza təcavüz edən şəxsə bəraət verildi: “21 yaşı olduğunu zənn etdim”
1-06-2022, 13:56
1 364

14 yaşlı qıza təcavüz edən şəxsə bəraət verildi: “21 yaşı olduğunu zənn etdim”

14 yaşlı qıza təcavüz etdiyi iddiasıyla mühakimə olunan şəxs ifadə verib.
Türkiyə mediası xəbər verir ki, sözügedən şəxs ifadəsində bildirib ki, qızın 21 yaşının olduğunu zənn edib.
Türkiyənin Kocaeli şəhərində 14 yaşlı qıza cinsi təcavüz etdiyi iddia edilən təqsirləndirilən şəxs ifadəsində bunları deyib:
"Mənimlə görüşmək istədiyini dedi. Mən ona evli olduğumu və 30 yaşımın olduğunu deyəndə dedi ki, aramızda 9 yaş fərq var. 14 yaşında olduğunu bilmirdim, 21 yaşında olduğunu düşünürdüm”.
Müdafiəsi üçün söz hüququ verilən O.T. bunları əlavə edib: "B.B.-ni mənim marketimə gəldiyi üçün tanıyıram, amma özünü mənə başqa adla təqdim edib. Onunla emosional münasibətim yox idi. Hadisənin baş verdiyi tarixdə marketdə B.B mənim haqqımda suallar verərək mənimlə görüşmək istədiyini söylədi”.
Şikayətini geri götürən qızın anası isə ifadəsində bunları qeyd edib: "Şikayətimi geri götürürəm, amma o, bu dünyada gün işığı görməsin. Mən 15 il xaricdə yaşadım, sonra övladlarım üçün Türkiyəyə qayıtdım. Mən bu hadisənin baş verməsi üçün bura gəlməmişəm. 14 yaşlı uşağa necə 21 yaşı olduğunu deyə bilər? Qızım marketə dikdaban ayaqqabı ilə, yoxsa gecə paltarı ilə gedib? Görünüş baxımından birinin neçə yaşında olduğu anlaşıla bilər".
Təqsirləndirilən şəxsin onun övrətinə toxunduğunu deyən qız isə həmin şəxs barəsində şikayət ərizəsi verib.
Qeyd edək ki, məhkəmə təqsirləndirilən şəxsin yaşla bağlı səhvə yol verdiyi və onu daha böyük yaşda gördüyünün anlaşıldığı üçün ona bəraət hökmü çıxarıb. //azxeber.com

Oxşar xəbərlər