Gəncədə hotelin qarşısında ağır qəza, ölən var
1-06-2022, 14:15
1 594

Gəncədə hotelin qarşısında ağır qəza, ölən var

Gəncədə ağır yol qəzası baş verib.
Hadisə Gəncə şəhəri Heydər Əliyev prospektində yerləşən “Gəncə hotel”in qarşısında baş verib.
1995-ci il təvəllüdlü Nicat Abdullayev idarə etdiyi “Opel” markalı minik avtomobili ilə 1997-ci ildə anadan olmuş, Kəlbəcərin Aşağı Ayrım kənd sakini Abdullayev Roman Nizam oğlunu vurub. Ağır xəsarət alan piyada xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Oxşar xəbərlər