Şəmkirdə evə silahlı basqın edildi, qadın və oğlu bıçaqlandı - CƏZA
2-06-2022, 15:27
7 225

Şəmkirdə evə silahlı basqın edildi, qadın və oğlu bıçaqlandı - CƏZA

Gəncə Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Amil Sadiqov və Müsahib Miskinlinin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
 
Hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndiirlən şəxsə hökm oxunub.
 
Hökmə əsasən, Amil Sadiqov 11 il 6 ay və Müsahib Miskinli isə 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
 
Qeryd: 2021-ci ilin aprel ayında Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində naməlum şəraitdə baş verən quldurluq hadisəsini törədən şəxslərin kimliyi məlum olub.
 
Polis Şöbəsinə rayonun Əliyaqublu kənd sakini olan bir qadının və onun yetkinlik yaşına çatmayan oğlunun müxtəlif bıçaq xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmələri barədə məlumat daxil olub.
 
Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri, əvvəllər bir neçə dəfə məhkum olunmuş Amil Sadiqov və Müsahib Miskinli saxlanılıblar.
 
Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılanların zərərçəkən şəxsin evinə daxil olmaları və oradan nağd pul, qızıl-zinət əşyalarını götürmələri barədə əvvəlcədən razılığa gəlmələri məlum olub.

Oxşar xəbərlər