Dənizdən 25 yaşlı oğlanın meyiti tapıldı
3-06-2022, 13:26
7 849

Dənizdən 25 yaşlı oğlanın meyiti tapıldı

Bakıda dənizdə meyit tapılıb.
FHN-dən verilən məlumata görə, 02.06.2022-ci il tarixində Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər Bulvarı yaxınlığında (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 4 km aralı qeyri-çimərlik, nəzarətsiz ərazi) dənizdə batdığı ehtimal olunan 1997-ci il təvəllüdlü Rüstəmov Nəsimi Kamal oğlunun axtarışları başa çatıb.
N.Rüstəmovun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Oxşar xəbərlər