Azərbaycanda tələbə yol qəzasında ÖLDÜ - YENİLƏNİB
6-06-2022, 10:30
1 305

Azərbaycanda tələbə yol qəzasında ÖLDÜ - YENİLƏNİB

Daxili İşlər Nazirliyi (DİN) Bakı Dövlət Universitetinin (BDU) 22 yaşlı tələbəsinin bədbəxt hadisə nəticəsində ölməsi ilə bağlı açıqlama yayıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, iyunun 5-i günorta saatlarında İsmayıllı rayonu Hacıhətəmli kəndi ərazisində 2000-ci il təvəllüdlü Ata Əliyevin idarə etdiyi traktor yoldan çıxaraq dərəyə aşıb.
Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, traktorda olan sərnişin, Hacıhətəmli kənd sakini Əfqan Əhmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
***
10:10
Bakı Dövlət Universitetinin SABAH qruplarının IV kurs Coğrafiya müəllimliyi ixtisasında təhsil alan Ata Şahin oğlu Əliyev avtoqəza nəticəsində dünyasını dəyişib.
Bu barədə BDU-nun Mətbuat xidməti məlumat yayıb.

Oxşar xəbərlər