Ərinin başına çəkiclə vurduğu qadın ÖLDÜ
7-06-2022, 12:27
7 950

Ərinin başına çəkiclə vurduğu qadın ÖLDÜ

Yatdığı yerdə ərinin başına çəkiclə vurduğu qadın xəstəxanada ölüb.
Hadisə iyunun 1-də Sumqayıt şəhərindəki Yaşma bağlarında qeydə alınıb. Ruhi xəstə olan kişi yatdığı yerdə həyat yoldaşının başına çəkiclə xəsarət yetirib. 
Xəstəxanaya yerləşdirilən 1971-ci il təvəllüdlü Mustafayeva Bahar Saatxan qızı ötən gün orada vəfat edib. 
Onun ruhi xəstə olan həya yoldaşı dəfələrlə müalicə alıb. Qadına xəsarət yetirdiyi gün də xəstəxanadan gəlibmiş.

Oxşar xəbərlər