Bakıda qardaş qardaşı bıçaqladı
8-06-2022, 14:23
1 265

Bakıda qardaş qardaşı bıçaqladı

Bakıda qardaş qardaşı bıçaqlayıb.
Report xəbər verir ki, hadisə iyunun 6-sı saat 23 radələrində paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakini, 1987-ci il təvəllüdlü Kamil Səfərov onunla eyni mənzildə yaşayan qardaşı, 1988-ci il təvəllüdlü Emil Səfərovla mübahisə edib. Nəticədə K.Səfərov kiçik qardaşına bıçaqla xəsarət yetirib.
Daha sonra yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.

Oxşar xəbərlər